Bakı, TurkicWorld
Israil ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin çadırlarının yerləşdiyi ərazini bombalayıb.
TurkicWorld xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada Fələstinlilərin çadırlarının hədəf alındığı hücumda ilkin təsbitlərə görə 25 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilib.
Hadisə şahidləri İsrail ordusunun tanklarının Mevasi bölgəsində fələstinlilərin çadırlarının yerləşdiyi əraziləri bombaladığını və çadırlarda yanğının başladığını bildiriblər.
Xatırladaq ki, İsrail ordusu mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.
Hafiz Rufizoğlu