Son dəqiqə

Fələstin İsrail HƏMAS

İsrailin Rəfahda sərnişin binasını yandırması vəhşilikdir - HƏMAS

Bakı. TurkicWorld:

İsrailin Rəfah Sərhəd Qapısında sərnişin binasını yandırması vəhşilikdir.

TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS açıqlama verib.

Açıqlamada binaların yandırılmasının "cinayətkar bir hərəkət və vəhşi bir davranış" olduğu vurğulanıb və bunun fələstinlilərin xarici dünya ilə əlaqəsinin kəsilməsinə səbəb olacağı, minlərlə xəstə və yaralının çöldə müalicə hüququndan məhrum ediləcəyi vurğulanıb.

Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətdən müharibə cinayəti təşkil edən bu “nasist” davranışı qınamağa və mülki strukturların dağıdılmasına görə İsrail rəsmilərinin məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlər görməyə çağırılıb.

Məlumat üçün qeyd edək ki, İsrail ordusu Rəfah Sərhəd Qapısının Qəzza tərəfində gözləmə otağının da yerləşdiyi sərnişin binasını və onun yanındakı bir sıra binaları yandırıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər