Son dəqiqə

İsrail Livan Hizbullah

Hizbullahla savaşa girmək İsrailin xeyrinə deyil

Bakı. TurkicWorld:

Hal-hazırda belə bir döyüşə girmək İsrailin xeyrinə deyil. Bu, yalnız Hizbullaha qarşı olmayacaq. İran və digər qruplar da bu savaşın bir parçasına çevriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailin Kanal 12 xəbərlərində çıxış edən İsrail ordusunun keçmiş rəisi İsrail Ziv danışıb. O xəbərdarlıq edib ki, hazırda şimalda Hizbullah ilə döyüşə girmək “İsrailin xeyrinə” olmayacaq.

Ziv əlavə edib ki, İsrail Qəzzada müharibəni dayandırmalı və şimalda Hizbullahla müharibəyə başlamazdan əvvəl “bir-iki il” gözləməlidir.

Mövzuya görə xəbərlər