Son dəqiqə

İsrail Livan

İsrail Livanı qadağan olunmuş ağ fosfor bombası ilə vurub

Bakı, TurkicWorld:

İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsini qadağan olunmuş ağ fosfor bombası ilə vurduğu ortaya çıxıb.

TurkicWorld xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın verdiyi məlumata görə, İsrail ordusu tərkibində ağ fosfor olan artilleriya atəşi ilə sərhəd bölgəsindəki Hiyam qəsəbəsi və Marcayun rayonu düzənliyini hədəf alıb.

Həmçinin İsrail artilleriya bölmələrinin Kfarkilla və Deyrmimas arasındakı Hora bölgəsini ağır artilleriya atəşi ilə vurduğu da bildirilib.

Qeyd edək ki, İsrail ordusu açıqlamasında Hizbullahın Xiyam, Ramya və Alma əş-Şaab qəsəbələrindəki hədəflərinin və müşahidə məntəqələrinin döyüş təyyarələri ilə bombalandığını açıqlayıb.

Mövzuya görə xəbərlər