Son dəqiqə

İsrail Qəzza Rəfah

İsrailin hücumları Rafahın qərbində yaralılara çatmağımıza mane olur

Bakı. TurkicWorld:

İsrailin hücumları Rafahın qərbində yaralılara çatmağımıza mane olur

TurkicWorld xəbər verir ki, bu barədə Qəzza zolağındakı Mülki Müdafiə Təşkilatı bildirib.

Qəzza zolağındakı Mülki Müdafiə Təşkilatı rəsmilərindən Məhəmməd Müqayir, İsrailin Rəfahın qərbində davam edən hücumları səbəbiylə təcili yardım çağırışları aldıqlarını bildirib.

Müqayir İsrail ordusunun bölgədəki hərbi maşınları və davam edən hücumlar səbəbindən köməyə çağıran fələstinlilərə çata bilmədiklərini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 731 fələstinli həlak olub, 83 min 530 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər