Son dəqiqə

Fələstin İsrail ABŞ Qəzza zolağı Benyamin Netanyahu

Müharibəyə əsirlərin azad edilməsi üçün fasilə verilə bilər

Bakı. TurkicWorld:

Əsirlərin azad edilməsi üçün müharibəyə 42 günlük fasilə verə bilərik, amma müharibəni dayandıra bilmərik.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

O qeyd edib ki, məhbus mübadiləsi və atəşkəs təklifləri Qəzzaya hücumları dayandırmayacaq, ancaq israilli məhbusların azad edilməsi üçün müvəqqəti atəşkəs təmin edəcək.

İsrail mətbuatında çıxan xəbərlərə görə, Netanyahu parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində çıxışında ABŞ prezidenti Co Baydenin Qəzzada açıqladığı atəşkəs və məhbus mübadiləsi təklifinə qarşı çıxıb.

Baydenin Qəzzaya hücumlara son qoyulması təklifinə ilk reaksiyasını verən Netanyahu İsrailin təklif etdiyi ilə Baydenin təklifi arasında “boşluqlar” olduğunu iddia edib.

Netanyahu atəşkəs elan etməyə hazır olmadığını bildirib və Baydenin açıqlamalarını tənqid edib.

Baydenin açıqlamalarına baxmayaraq, ilk mərhələdə azad ediləcək əsirlərin sayı ilə bağlı hələlik razılığa gəlmədiyini bildirən Netanyahu, razılaşmada bir çox detalın olduğunu və bunların hamısına nail olunmayana qədər hücumların bitməyəcəyini bildirib.

"Ancaq ABŞ prezidentinin izah etdikləri həqiqətə uyğun deyil, hələ açıqlanmayan daha detallar var" – deyə baş nazir qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər