Son dəqiqə

torpaq uçqunu

Papua Yeni Qvineyada torpaq sürüşməsində 600-dən çox adam ölüb

Bakı. TurkicWorld:

Papua Yeni Qvineyada torpaq sürüşməsində 600-dən çox adam ölüb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.

Təşkilatın Papua Yeni Qvineya rəhbəri Serhan Aktoprak, torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 100-dən 670-ə yüksəldiyini açıqlayıb.

"Hazırda 670-dən çox insanın yerin altında olduğu təxmin edilir. Yerli hakimiyyət orqanları təbii fəlakətin baş verdiyi cümə günü ölənlərin sayının 100 və ya daha çox olduğunu bildirmişdilər.” – deyə o vurğulayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər