Almaniyaya qarşı “Fələstində soyqırımın iştirakçısı olmaq” iddiası ilə bağlı məhkəmə işi başlayır

Almaniyaya qarşı “Fələstində soyqırımın iştirakçısı olmaq” iddiası ilə bağlı məhkəmə işi başlayır

Bakı. TurkicWorld:

Nikaraqua İsrailin Qəzzada törətdiyi soyqırımına siyasi, maliyyə və hərbi dəstək verməkdə günahlandırdığı Almaniyaya qarşı məhkəmə işi açıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Nikaraqua Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsində keçiriləcək məhkəmə iclasında məsələ ilə bağlı təqdimatla çıxış edəcək.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib. verməsini tələb etdiyini vurğulayıb.

X: Lamanasadli01