Son dəqiqə

ABŞ Bəhreyn

ABŞ 2,2 milyardlıq 50 ədəd M1A2 SEPv3 Abrams tankı satıb

Bakı,TurkicWorld

ABŞ Dövlət Departamenti Bəhreynə 2,2 milyard dollara 50 ədəd M1A2 SEPv3 Abrams tankının satışını təsdiqləyib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu qiymətə döyüş maşınları, hücum zamanı çayları çekmək üçün xüsisi körpülər, həmçinin Abrams istehsalçı şirkətinin müxtəlif tipli zirehli maşınları və avadanlıqları daxildir.

Qeyd edək ki, Bəhreyn ərazi baxımından ən kiçik ərəb dövlətidir və bu ölkədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı və bazası yerləşir.

Mövzuya görə xəbərlər