Son dəqiqə

Meksika

Meksikada çuxurda 132 nəfərə aid sümüklər tapılıb

Bakı, TurkicWorld:

Meksikanın Miçoakan əyalətində gizli çuxurda aparılan qazıntılar nəticəsində 132 nəfərə məxsus sümüklər aşkar edilib.

TurkicWorld xəbər verir ki, əyalətin Takambaro qəsəbəsindəki çöl ərazidə verilən məlumat əsasında qazıntı işləri aparılıb.

Aparılan işlər nəticəsində gizli çuxurdan 132 nəfərə məxsus sümüklər çıxarılıb.

Sümüklər şəxsiyyətin müəyyənləşdirilməsi üçün Tibb Mərkəzinə aparılıb.

Həmçinin sözügedən ərazidə qazıntı işlərinin davam etdiriləcəyi bildirilib.

Mövzuya görə xəbərlər