Son dəqiqə

ABŞ zəlzələ Meksika

Meksika sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

Bakı. TurkicWorld:

Meksika sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) açıqlama verib.

USGS Meksikadakı zəlzələnin episentrinin Çiapas əyalətinin Brisas Barra de Suchiate bölgəsindən 17 kilometr cənub-qərbdə olduğunu bildirib.

Yerin 75,4 kilometr dərinliyində qeydə alınan zəlzələ qonşu Qvatemalada da hiss olunub.

Hələlik can və mal itkisinin qeydə alınmadığı zəlzələdən sonra "sunami" xəbərdarlığı edilməyib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər