Son dəqiqə

Türkiyə Rusiya Ukrayna

Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna ilə danışıqlar apara bilər

Bakı. TurkicWorld:

Rusiya nümayəndə heyəti müvafiq göstəriş olarsa, Ukrayna ilə danışıqlar aparmaq üçün Türkiyəyə gedəcək.

TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

"Əgər bizə göstəriş versələr, gedərik", deyə o bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitinin iştirakçılarına videomüraciətində Rusiya ilə Ukrayna arasında danışıqlar üçün növbəti dəfə platforma təqdim etməyə hazır olduğunu bildirib.

Mövzuya görə xəbərlər