Alman heyəti KKTC istehsalı avtomobili sınaqdan keçirib

Alman heyəti KKTC istehsalı avtomobili sınaqdan keçirib

Bakı. TurkicWorld:

Almaniyanın Baden Vürtemberq Dövlət Türk İş Adamları Şurası Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində KKTC-nin yerli istehsal elektrikli avtomobili olan GÜNSEL-in ilk modeli B9 ilə test sürüşü keçirib.

TurkicWorld xəbər verir ki, SUNTAT İdarə Heyətinin sədri Mustafa Baklan qida, inşaat, avtomobil, turizm, səhiyyə, plastik və e-ticarət kimi sektorlardan 32 nəfərin daxil olduğu Baden Vürtemberq Türk İş Adamları Şurasına rəhbərlik edib.

Məlumata əsasən, görüşlərdən sonra Baden Vürtemberq Dövlət Türk İş Adamları Şurasının nümayəndə heyəti Kipr Avtomobil Muzeyi və Kipr Müasir İncəsənət Muzeyini də ziyarət edib.

Qeyd edək ki, Şimali Kipr istehsalı Günsel B9 avtomobilinin yüksüz çəkisi 1420 kiloqram olsa da, 188 at gücü və 300 Nm fırlanma anı olan mühərrikə malikdir. Günsel B9 100 km/saatı 5 saniyəyə yığa bildiyi halda, avtomobilin maksimal sürəti 150 km/saat olaraq ölçülür. Li-lon batareyadan istifadə edən Günsel B9 52,5 kVt/saatlıq batareya paketindən istifadə edir.

X: Lamanasadli01