Son dəqiqə

Türkiyə Almaniya KAAN

Türkiyə Almaniyadan döyüş təyyarəsi alacaq

Bakı,TurkicWorld

Türkiyə Almaniyadan 40 ədəd Eurofighter Typoon döyüş təyyarəsi alacaq.

TurkicWorld xəbər verir ki, Eurofighters Milli Döyüş Təyyarəsi KAAN inventarına daxil olana qədər Hərbi Hava Qüvvələrinə müvəqqəti dəstək verəcək.

İngiltərə, İtaliya, İspaniya və Almaniyadan ibarət konsorsiuma daxil olan Eurofihter üçün bu ölkələrin texniki heyətinin görüşlərinin üç həftə davam edəcəyi gözlənilir.

Görüşlərdə döyüş təyyarələrinin satınalma prosesinin mərhələləri, kadr hazırlığının necə aparılacağı və texniki xidmət proqramlarının necə həyata keçiriləcəyi də daxil olmaqla bir çox texniki detallar müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyənin Milli Döyüş Təyyarəsi KAAN-ın 2030-cu ildə kütləvi istehsala girəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər