BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyənin Karabük vilayətində 1 milyon 500 min litr dizel yanacağının alınması məqsədilə açıq tender proseduru başladılıb.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihəyə görə, yanacaq 18 ay müddətində mərhələli şəkildə təhvil veriləcək və sifarişlərə uyğun olaraq maksimum 3 gün ərzində çatdırılmalıdır. Gecikmə halında isə müqavilə məbləği üzərindən gündəlik 0,3 faiz cərimə tətbiq olunacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 5 iyun 2026-ci il tarixinə qədər "Ankara-Karabük Yolu 8.km Hamzalar Mevki Karabük İl Özel İdaresi-Ek Hizmet Binası Destek Hizmetleri Müdürlüğü A Blok 2.Kat Merkez/Karabük Karabük" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir



