Bakı, TurkicWorld
Almaniyada meymunçiçəyi (Mpox) virusunun yeni variantı ilk dəfə aşkar edilib.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Robert Koç İnstitutu (RKI) məlumat yayıb.
Məlumata əsasən, bir şəxsin xaricdə meymunçiçəyi virusunun yeni variantı olan "Klad-1"ə yoluxub.
RKI hal-hazırda Almaniyada "Klad-1"virusundan qaynaqlanan ciddi risk gözləmədiyini, lakin vəziyyəti çox diqqətlə izlədiyini qeyd edib.
Qeyd edək ki, "Klad-2b" variantı 2022-ci ilin may ayından etibarən Almaniyada qeydə alınmışdı. İsveç, Afrika xaricində "Klad-1" variantına rast gəlinən ilk ölkə olub.