Almaniya

Almaniya XİN Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

Bakı, TurkicWorld

Almaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini və Tehrandakı Almaniya səfirini məsləhətləşmələr üçün geri çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Almaniya vətəndaşı Cəmşid Şarməhdinin İranda edam edilməsindən sonra İranın müvəqqəti işlər vəkili və Tehrandakı Almaniya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb", - Almaniya XİN-dən qeyd edilib.

Almaniya XİN İran hakimiyyətinin hərəkətlərinə kəskin etirazını ifadə edib.

Qeyd edək ki, ötən gün Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhdi İranda edam edilib. Cəmşid Şarməhdi 2020-ci ildə BƏƏ-yə səfəri zamanı oğurlanaraq zorla İrana aparılıb. 2023-cü ilin fevralında İran məhkəməsi onu milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edərək edam cəzasına məhkum edib. Cəmşid Şarməhdi 2008-ci ildə Şirazda dini mərkəzdə 14 nəfərin ölümü və 215 nəfərin yaralanması ilə nəticələnən ölümcül partlayış hadisəsində günahlandırılan Tondar adlı monarxist qrupa rəhbərlik etməkdə təqsirli bilinib.

Mövzuya görə xəbərlər