Son dəqiqə

UNİCEF Qəzza

Qəzzada davam edən zorakılıq humanitar böhrana səbəb olub - UNICEF

Bakı. TurkicWorld:

Qəzzada dörd aydan artıqdır davam edən zorakılıq humanitar böhrana səbəb olub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) açıqlayıb.

"Uşaqlar kəskin qidalanma problemi ilə üzləşirlər, təmiz su adambaşına 1 litrdən azdır. Uşaqlara dərhal atəşkəs lazımdır. Qəzzada bir çox insan gündə yalnız bir dəfə yemək yeyə bilir, digərləri isə ümumiyyətlə yemək yemir", - deyə o vurğulayıb.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 29 min 313 fələstinli həlak olub, 69 min 333 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər