Son dəqiqə

İsrail Ərəb Liqası Qəzza

Ərəb Liqası Rəfaha hücumlara qarşı xəbərdarlıq edib

Bakı. TurkicWorld:

Ərəb Liqası İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə qurudan hücumunun “humanitar fəlakətə” səbəb olacağı və regionda sabitliyi təhdid edəcəyi barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt açıqlayıb.

"Qəzzanın 2,3 milyonluq əhalisinin yarısından çoxu Rəfaha sığınıb. Biz vəziyyətin ciddiliyini dərk edən bütün tərəfləri bu dəhşətli planları dayandırmaq üçün dərhal hərəkətə keçməyə çağırırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər