Son dəqiqə

Çin ABŞ Tayvan

ABŞ Nümayəndələr Palatasının nümayəndə heyəti Tayvana səfər edəcək

Bakı. TurkicWorld:

ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti gələn həftə Çinlə suverenlik mübahisəsi olan Tayvana səfər edəcək.

TurkicWorld-un məlumatına görə, nümayəndə heyətinə Çin Kommunist Partiyası ilə Rəqabət üzrə Nümayəndələr Palatasının Xüsusi Komitəsinin sədri Mayk Qallager başçılıq edəcək.

Yeddi deputatdan ibarət olacaq və Respublikaçılar Partiyasından Qallagerin başçılıq edəcəyi nümayəndə heyətinin fevralın 21-də adaya səfər etməsi gözlənilir.

Nümayəndə heyətinin üzvləri Tayvanın yeni seçilmiş lideri Lai Çinq-te, həmçinin Nümayəndələr Palatasının yeni seçilmiş sədri Han Kuo-yu ilə görüşəcəklər.

Məlumat üçün qeyd edək ki, keçmiş milli təhlükəsizlik müşaviri Stiven Hadli və dövlət katibinin keçmiş müavini Ceyms Steynberqin də daxil olduğu ABŞ-dan yarı rəsmi nümayəndə heyəti seçkilərdən bir gün sonra, yanvarın 14-də Tayvana səfər edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər