Bakı, TurkicWorld
Bu gecə saat 04:23-də Qırğızıstan-Çin sərhədi yaxınlığında altı bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat verib.
Zəlzələnin mənbəyi Çində, kənddən 40 km cənub-şərqdə yerləşir.
Qırğızıstanın yaşayış məntəqələrində zəlzələnin intensivliyi: Bedel, Yştik, Kara-Sai kəndlərində 4 bal, Kumtor mədənində 3 bala yaxın olub.