Bakı. TurkicWorld:
İsrailin Rəfaha hücumu ciddi fəlakətlər yaradacaq.
TurkicWorld-un məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borel deyib.
“Aİ-yə üzv olan bir çox ölkə İsrailin Rəfaha hücumunun unikal fəlakətə səbəb olacağını düşünür.” -deyə Borel bildirib.
O qeyd edib ki, Rəfaha hücum İsrail-Misir münasibətlərində də ciddi gərginliyə səbəb olacaq.
Məlumat üçün bildirək ki, İsrailin Baş naziri Benyamin Netanyahu Rəfah qapısı bölgəsinə əməliyyat keçirmək üçün İsrailin ehtiyat qüvvələrini səfərbər etməyə çağırıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.
Hafiz Rufizoğlu