Son dəqiqə

İsrail ABŞ Qəzza zolağı

İsrail hökumətinə inanmırıq – Con Finer

Bakı. TurkicWorld:

Biz İsrail hökumətinə inanmırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer deyib.

“Oktyabrın 7-dən bəri davam edən qarşıdurmalarda yanlış mövqeimizin fərqindəyik. Fələstinlilərə dəyər verdiyimizi hiss etdirə bilmədik.” - deyə Finer qeyd edib.

Məlumat üçün bildirək ki, İsrailin Baş naziri Benyamin Netanyahu Rəfah qapısı bölgəsinə əməliyyat keçirmək üçün İsrailin ehtiyat qüvvələrini səfərbər etməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər