Bakı. TurkicWorld:
Amerika Birləşmiş Ştatları BMT-nin Ümumdünya Ərzaq Proqramı, BMT-nin Uşaq Fondu (UNICEF) və digər qeyri-hökumət təşkilatları vasitəsilə Qəzza zolağının mülki əhalisinə dəstək vermək üçün müxtəlif variantları nəzərdən keçirir.
TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel bildirib.
Onun sözlərinə görə, maliyyələşdirmə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi üçün nəzərdə tutulan vəsaitlərin digər strukturlara yönləndirilməsi ilə də mümkündür.