Latın Amerikası ölkələri Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qərarını müsbət qarşılayıb

Latın Amerikası ölkələri Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qərarını müsbət qarşılayıb

Bakı. TurkicWorld:

Latın Amerikası ölkələri Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qərarını müsbət qarşılayıb.

TurkicWorld-un məlumatına görə, Latın Amerikası ölkələri Beynəlxalq Ədalət Məhkəməsinin Cənubi Afrikanın açdığı soyqırım işi ilə bağlı qərar çıxarmasından sonra bəyanat yayıblar.

İddiaya görə, İsrail Qəzza sakinlərinin öldürülməsi, hücumu və məhv edilməsi ilə bağlı bütün hərəkətlərdən çəkinməli, soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməlidir.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.

Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

Hafiz Rufizoğlu