Bakı. TurkicWorld:
ABŞ Fələstin Xarici İşlər Nazirinin açıqlama verməsinə icazə verməyib.
TurkicWorld-un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Ərəb Liqasının Təmas Qrupunun üzvlərinin mətbuat konfransında deyib.
Bir jurnalistin Fələstin xarici işlər naziri əl-Malikiyə sual vermək istəməsindən sonra Feysəl bin Fərhan bunun mümkün olmadığını bildirib.
“Cənab əl-Maliki sualınıza cavab verə bilməz, ABŞ hökuməti cənab əl-Malikiyə məhdudiyyətlər qoyub. O, mətbuatın suallarına cavab verə bilmir və mətbuatla əlaqə saxlaya bilməz” – deyə o qeyd edib.
Məlumat üçün bildirək ki, Təmas Qrupunun şənbə günü Kanadada danışıqlar aparacağı gözlənilir.
Hafiz Rufizoğlu






