Son dəqiqə

İsrail Qətər HƏMAS

Qəzzadakı atəşkəs iki gün daha uzadılıb

Bakı. TurkicWorld:

Qəzzadakı atəşkəs iki gün daha uzadılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyi açıqlama verib.

"Qəzzada “humanitar fasilənin” daha iki gün uzadılması ilə bağlı razılıq əldə edilib"- deyə Qətər XİN-in açıqlamasında qeyd olunub.

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.

Razılaşma çərçivəsində HƏMAS hərəkatının əlində olan 50 israilli girovun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azadlığa buraxılacaq.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər