Son dəqiqə

Azərbaycan Qətər Mədəniyyət Nazirliyi Adil Kərimli Əbdürrəhman bin Hamad əl-Tani

Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 18 dekabr - Qətər Dövlətinin Milli Günü münasibətilə təşkil olunmuş rəsmi tədbirlərdə dəvətli qonaq qismində iştirak edib.

TurkicWorld xəbər verir ki, Qətər Dövlətinin Milli Təntənəli Tədbirlər Komitəsinin təşkilatçılığı ilə 18-20 dekabr tarixlərində Ummu Salal Məhəmməd rayonundakı Darbu Səin iqamətgahında keçirilən Milli Gün tədbirləri bu il “Səninlə birlikdə yüksəlir və səndən gözləyir” şüarı altında gerçəkləşib. Tədbirlər çərçivəsində Qətər Dövlətinin tarixi, milli dəyərləri, mədəni irsi və müasir inkişaf mərhələsini əks etdirən geniş proqram təqdim olunub.

Rəsmi proqram zamanı Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qətər Dövlətinin mədəniyyət naziri Əbdürrəhman bin Hamad əl-Tani göstərilən diqqət və ehtirama görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Qətər Dövlətinin Milli Günü ölkənin dövlətçilik tarixinin, milli birliyinin və mədəni kimliyinin təcəssümü olmaqla yanaşı, hər il beynəlxalq qonaqların iştirakı ilə yüksək səviyyədə qeyd olunan mühüm dövlət bayramıdır.

Mövzuya görə xəbərlər