Son dəqiqə

Ukrayna Almaniya

Almaniya Ukraynaya əlavə hərbi yardım göndərib

Bakı. TurkicWorld:

Ötən həftə ərzində Almaniya Ukraynaya sursatlar ilə birgə daha 20 ədəd "Marder" piyada döyüş maşını (PDM) (cəmi 80), 2380 155 mm-lik artilleriya mərmisi və digər hərbi təyinatlı məhsullarla təhvil verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Almaniya hökumətinin saytında dərc olunan Kiyevə hərbi yardımın yenilənmiş siyahısında qeyd olunub.

Siyahıya həmçinin 2428 kriptofon, doqquz avtomobil, beş təcili tibbi yardım maşını, həmçinin iki tibbi yardım maşını və daha bir "Wisent 1" zirehli maşını daxil edilib.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı bildirib ki, Almaniya Kiyev hakimiyyətinə ümumi dəyəri 1,3 milyard avro olan yeni hərbi yardım paketi təqdim edəcək. Bura, xüsusən daha dörd "IRIS-T SLM" hava hücumundan müdafiə sistemi, 60 müxtəlif tipli kəşfiyyat pilotsuz uçan aparatı, iyirmiyə yaxın radar, həmçinin 20 min 155 mm-lik artilleriya mərmisi daxil olunacaq.

Mövzuya görə xəbərlər