Son dəqiqə

İsrail Qəzza zolağı

Qəzzada münaqişə zamanı beş minə yaxın uşaq ölüb

Bakı. TurkicWorld:

Qəzzada münaqişə zamanı beş minə yaxın uşaq ölüb.

TurkicWorld-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı Fələstin anklavının hakimiyyət orqanlarının mətbuat xidmətinə istinadən bildirib.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 14532 nəfərə çatıb.

Bildirilib ki, Qəzza zolağında ən azı 7 min nəfər, o cümlədən 4,7 mini uşaq və qadın itkin düşüb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Mövzuya görə xəbərlər