Son dəqiqə

BMT İsrail Qəzza

BMT Qəzzada öldürülən uşaqların sayını açıqlayıb

Bakı. TurkicWorld:

İsrail-HƏMAS qarşıdurması nəticəsində 46 gündə Qəzzada 5 min 300 uşaq həyatını itirib.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatından bildirilib.

"Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər