ABŞ-da atışma nəticəsində 4 nəfər həlak olub

ABŞ-da atışma nəticəsində 4 nəfər həlak olub

Bakı. TurkicWorld:

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində baş verən atışmada 3 qadın və 13 yaşlı qız həlak olub.

TurkicWorld-un məlumatına görə, bu barədə CNN polisə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır.

CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəli bilinir və axtarışdadır. Polis şübhəlinin "silahlı və son dərəcə təhlükəli" olduğunu deyib.

Ölən və yaralananların kimliyi, şübhəli şəxslə əlaqəsi barədə məlumat açıqlanmayıb.