Bakı. TurkicWorld:
İsrail ordusunun Qəzzada Əl-Şifa xəstəxanasına hücumu qəbuledilməzdir.
TurkicWorld xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib.
"Qəzzada xəstəxanaların yalnız dörddə biri fəaliyyət göstərir. 36 xəstəxanadan 26-sı dağıntılar, hücum səbəbindən artıq fəaliyyət göstərmir. Xəstəxanalar döyüş meydanı deyil", - deyə o vurğulayıb.
Qeyd edək ki, İsrail ordusu Əl Şifa xəstəxanasına hücum zamanı minlərlə insanı əsir saxlayıb.