Ukrayna

Ukrayna ordusu rəhbərinin köməkçisi qumbaranın partlaması nəticəsində həlak olub

Bakı. TurkicWorld:

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının köməkçisi həlak olub.

TurkicWorld-un məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə Kiyev vilayətində, V.Zalujnının köməkçisi Qennadi Çestyakovun evində baş verib

Hadisənin qumbara ilə ehtiyatsız davranma nəticəsində baş verdiyi bildirilib. Qennadi Çestyakovun 13 yaşlı oğlu yaralanıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə “Qanunsuz olaraq silah, döyüş sursatı və ya partlayıcı maddələrlə davranma” maddəsi ilə cinayət işi başlanıb.

Mövzuya görə xəbərlər