Bakı. TurkicWorld:
İsrailin intensiv hücumlarının davam etdiyi Qəzzada səhiyyə işçiləri və müəssisələri ilə hələ də əlaqə saxlaya bilmirik.
TurkicWorld xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus öz rəsmi X sosial media hesabında açıqlama verib.
"Bu halda xəstələrin təxliyəsi və ya təhlükəsiz sığınacaq tapması mümkün deyil. Elektrik enerjisinin kəsilməsi təcili tibbi yardım maşınlarının yaralılara çatmasını da mümkünsüz edir. Bizim heyətimiz və səhiyyə müəssisələrimizlə hələ də əlaqəmiz yoxdur və mən onların təhlükəsizliyindən narahatam”, - deyə o əlavə edib.
Məlumat üçün bildirək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
İsrail ordusu ilk olaraq axşam saatlarında haubitsa hücumları, daha sonra isə hava hücümları ilə Qəzzanın şimalındakı Beyt Hanun bölgəsini hədəf alıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01