Son dəqiqə

İsrail Vladimir Putin Qəzza zolağı

Sülhün təmin edilməsi üçün müstəqil Fələstin dövləti yaradılmalıdır - Putin

Bakı. TurkicWorld:

Sülhün təmin edilməsi üçün müstəqil Fələstin dövləti yaradılmalıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

O, Kreml sarayında Rusiyada yaşayan müsəlman, xristian və yəhudilərin dini liderləri ilə görüşüb.

Görüş zamanı Yaxın Şərqdəki məsələ müzakirə edilib.

“Xristianlar, müsəlmanlar və yəhudilər üçün müqəddəs əhəmiyyət kəsb edən torpaqlarda baş verən faciəvi vəziyyəti narahatlıqla qarşılayırıq. Fələstin-İsrail münaqişəsi nəticəsində artıq minlərlə insan həlak olub. Münaqişələrdə günahsız insanların öldürülməsi qəbul edilməzdir” – deyə Putin bildirib.

O qeyd edib ki, bütün dövlətlərin əsas vəzifəsi baş verən cinayətləri dayandırmaqdır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 5 min 791 nəfərə çatıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər