Bakı. TurkicWorld:
Avropa İttifaqı (Aİ) Fələstinə maliyyə yardımı göstərməyə davam edəcək.
TurkicWorld xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Omanda Fars körfəzi ölkələri ilə görüş çərçivəsində mətbuat konfransında deyib.
O bildirib ki, Aİ Fələstin muxtariyyəti üçün vəsaitlərin köçürülməsini dayandırmayacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.







