Bakı. TurkicWorld:
Ukrayna yaxın vaxtlarda Moldova ərazisindən keçməklə Rumıniyaya taxıl dəhlizi açmağı planlaşdırır.
TurkicWorld-un məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Rumıniya prezidenti Klaus Yohannis ilə goruşundən sonra keçirilən mətbuat konfranslnda deyib.
"Ukraynadan Moldovadan keçməklə Rumıniyaya taxıl dəhlizi tezliklə fəaliyyətə başlayacaq", - deyə Ukrayna prezidenti bildirib.
V.Zelenski deyib ki, o, K.Yohannislə “təkcə limanları deyil, bütün regionu – Ukrayna, Moldova və Rumıniyanı qorumaq üçün mümkün birgə tədbirləri” müzakirə edib.