Son dəqiqə

Çin

Çin Yerin məsafədən zondlama peykini orbitə çıxarıb

Bakı. TurkicWorld:

Çinin “Long March 4C” daşıyıcı raketi “Yaoqan-33-04” Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası bildirib.

Məlumata əsasən, raket Pekin vaxtı ilə çərşənbə günü saat 4:15-də buraxılıb.

Orbitə çıxarılan raket Şanxay Kosmik Texnologiyalar Akademiyası (SAST) tərəfindən yaradılıb.

Mövzuya görə xəbərlər