Son dəqiqə

Rusiya Vladimir Putin Kim Çen In

Kim Çen In Rusiya prezidentini Şimali Koreyaya dəvət edib

Bakı. TurkicWorld:

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Rusiya prezidenti Vladimir Putini Şimali Koreyaya dəvət edib.

TurkicWorld xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, təntənəli nahardan sonra Kim Çen In Putini uyğun bir vaxtda Şimali Koreyaya səfər etməyə dəvət edib. Putin dəvəti qəbul edib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edib. Səfər çərçivəsindəiki ölkə lideri Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə ediblər.

Mövzuya görə xəbərlər