Son dəqiqə

BMT Vladimir Putin Dmitri Peskov Antonio Quterreş

Peskov Quterreşin Putinə məktubunun detalları açıqladı

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Rusiya prezidenti Vladimir Putinə məktubunda taxıl sazişi üzrə fəaliyyət planı və Rusiyaya qarşı öhdəliklərin nə zamansa yerinə yetiriləcəyi qeyd olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Təəssüf ki, hazırda bu sazişə qayıtmaq mümkün deyil, çünki o icra olunmur, de-fakto icra olunmayıb. Bununla belə, prezident Putin aydın şəkildə bildirdi ki, saziş icra olunacağı təqdirdə Rusiya dərhal onu bərpa etməyə hazırdır", - Peskov deyib.

Qeyd edək ki, Qara dəniz taxıl dəhlizi sazişi 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan "Taxıl sazişi"nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

Daha sonra sazişin müzakirəsinə qayıtmaq üçün şərtlərini açıqlayan Rusiya, BMT tərəfindən Rusiya ilə taxıl və gübrələrə dair memorandumun yerinə yetiriləcəyi təqdirdə mümkün ola biləcəyini açıqlayıb.

Mövzuya görə xəbərlər