Son dəqiqə

Rusiya taxıl dəhlizi

Rusiya Taxıl Dəhlizinin fəaliyyətinin davam etdirilməsinin hazırda mümkün olmadığını bildirib

Bakı. TurkicWorld:

Rusiya Taxıl Dəhlizinin fəaliyyətinin davam etdirilməsinin hazırda mümkün olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Romada BMT-nin Qida Sistemləri Sammiti çərçivəsində çıxışı zamanı deyib.

"Taxıl Dəhlizi Sazişinin yenidən bərpası Moskvanın təsdiqi olmadan mümkün deyil. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılmır", - deyə o bildirib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər