Son dəqiqə

NATO ABŞ Ukrayna Con Bolton

NATO heç vaxt müharibə vəziyyətində olan ölkələri qəbul etməyib - Con Bolton

Bakı. TurkicWorld:

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövzuya aydınlıq gətirib.

TurkicWorld xəbər verir ki, C.Bolton bildirib ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı yüksək səviyyəli danışıqlar vaxt itkisidir.

"Bu, yalnız Rusiyaya alyansda birliyin olmaması barədə yanlış siqnal verir", - deyə o bildirib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi açıqlamasının ardında qeyd edib:

"Biz bir neçə ay əvvəl Ukraynaya deməliydik: "Bu məsələni qaldırmayın". Bu, Vaşinqton müqaviləsinə əsaslanan siyasətdir. 5-ci maddədə deyilir ki, birinə (NATO üzvünə) hücum hamıya hücumdur. NATO heç vaxt müharibə vəziyyətində olan ölkələri qəbul etməyib, çünki bu, qaçılmaz olaraq alyansın bütün digər üzvlərinin müharibə vəziyyətində olması deməkdir".

Mövzuya görə xəbərlər