Son dəqiqə

Fransa ABŞ Mariya Zaxarova Rusiya XİN

Fransa, ABŞ və İngiltərə terroru maliyyələşdirir - Mariya Zaxarova

Bakı. TurkicWorld:

Rusiya XİN başçısının sözçüsü Mariya Zaxarova yenə odlu-alovlu açıqlaması ilə diqqət mərkəzinə düşüb.

TurkicWorld xəbər verir ki, M.Zaxarova Rusiyada pilotsuz təyyarələrin hücumlarına reaksiya verərkən bildirib ki, "Mülki infrastruktur obyektlərinin yerləşdiyi əraziyə, o cümlədən, yeri gəlmişkən, xarici reysləri qəbul edən hava limanına hücum cəhdi növbəti terror aktıdır".

M.Zaxarova telegram kanalında yazdığı postda bunları əlavə edib: "Bu terror aktları Qərbin verdiyi və ya Qərbin vəsaiti ilə alınan silahlarla həyata keçirilirsə, bu, artıq beynəlxalq terrorizmdir".

"Dünya ictimaiyyəti dərk etməlidir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Britaniya, Fransa terror rejimini maliyyələşdirir", deyə Zaxarova qeyd edib.

Mövzuya görə xəbərlər