Şuşa Bəyannaməsi regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir - Piter Teys

Şuşa Bəyannaməsi regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir - Piter Teys

Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Azərbaycanın xarici siyasət tarixində Şuşa Bəyannaməsi ölkənin dinamik diplomatiyasının və çoxtərəfli beynəlxalq formatlarda daha səmərəli iştirakının dayaq nöqtəsidir: "Türkiyə ilə bu bəyannamə Avropanın ən yeni tarixinə geosiyasi həmrəyliyi, iqtisadi çiçəklənməni və bütün qitə üçün təhlükəsizliyi təmin edən vacib vasitə kimi daxil olacaq".

P.Teys qeyd edib ki, Şuşa Bəyannaməsi strateji sazişdir və onun məqsədi Ankara ilə Bakı arasında geosiyasi əməkdaşlığın genişlənməsi və yaranan təhdidlərin fəsadlarının azaldılmasıdır.