Son dəqiqə

İran Birləşmiş Ərəb Əmirlikləri BMT Təhlükəsizlik Şurası Hörmüz boğazı dəniz nəqliyyatı İslam İnqilabı Keşikçiləri Korpusu Əbu-Dabi Milli Neft Şirkəti neftdaşıyan gəmi

İranın neftdaşıyan gəmiyə hücumu BMT qətnaməsinin kobud şəkildə pozulmasıdır - BƏƏ

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi Milli Neft Şirkətinə məxsus neftdaşıyan gəminin Hörmüz boğazından keçərkən İran tərəfindən hədəfə alınmasını kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hücumu BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Nazirlik bildirib ki, sözügedən qətnamədə dəniz nəqliyyatının sərbəstliyinin təmin olunmasının vacibliyi vurğulanır və beynəlxalq sularda ticarət gəmilərinin hədəfə alınması rədd edilir.

BƏƏ Xarici İşlər Nazirliyi ticarət gəmilərinin hədəfə alınmasının və Hörmüz boğazından təzyiq, yaxud iqtisadi şantaj vasitəsi kimi istifadə edilməsinin qəbuledilməz olduğunu bildirib.

Bəyanatda bu cür hərəkətlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz quldurluğu fəaliyyəti kimi qiymətləndirilib.

Nazirlik qeyd edib ki, bu addımlar bölgənin və burada yaşayan insanların sabitliyinə birbaşa təhdid yaratmaqla yanaşı, qlobal enerji təhlükəsizliyini də təhlükə altına qoyur.

Mövzuya görə xəbərlər