Son dəqiqə

ABŞ Nikolas Maduro zəlzələ Venesuela Donald Tramp humanitar yardım Sanksiyalar Delsi Rodriges

Sanksiyalar Venesuelaya humanitar yardımın çatdırılmasına necə təsir edə bilər?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra beynəlxalq humanitar yardımın çatdırılması prosesinə tətbiq olunan sanksiyaların mümkün təsiri diqqət mərkəzinə düşüb.

TurkicWorld xəbər verir ki, bu ilin yanvarında ABŞ qüvvələrinin keçirdiyi əməliyyatdan sonra Prezident Nikolas Maduro hakimiyyətdən uzaqlaşdırılıb. Hazırda ölkəyə Maduronun müttəfiqi olan müvəqqəti prezident Delsi Rodriges rəhbərlik edir.

Məlumata görə, Delsi Rodrigesin rəhbərlik etdiyi hökumət ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə münasibətləri sabitləşdirib. Vaşinqtonun Venesuelanın neft sənayesinə yenidən sərmayələrin cəlb olunmasına maraq göstərdiyi bildirilir.

Qismən yumşaldılan sanksiyalar Venesuelaya ABŞ şirkətləri və maliyyə qurumları ilə daha sərbəst maliyyə əməliyyatları aparmağa imkan yaratsa da, mütəxəssislər bunun humanitar yardım əməliyyatlarına necə təsir göstərəcəyi ilə bağlı narahatlıqların davam etdiyini bildirirlər.

Mövzuya görə xəbərlər