Son dəqiqə

Heydər Əliyev Fondu

Həftəsonu “Arzular nöqtəsi” musiqi festivalı keçiriləcək

Bakı. TurkicWorld:

Mayın 10-da İçərişəhərdəki Qoşa Qala meydanı musiqi və yaradıcılıq məkanına çevriləcək. Burada ilk dəfə keçiriləcək "Arzular nöqtəsi" inklüziv musiqi festivalı tamaşaçıları fərqli və ilhamverici bir atmosferə dəvət edir.

Festival "IMEC" Beynəlxalq Musiqi Tədris Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və dəstəyi ilə, Heydər Əliyev Fondu, Bakı Media Mərkəzi və PASHA Holding-in dəstəyi ilə reallaşır.

Layihə inklüzivliyin gücünü, yaradıcılığın sərhədsizliyini və musiqinin birləşdirici rolunu ön plana çıxarır. Uşaq və gənclərin iştirakı ilə təqdim olunacaq proqram onların istedadını üzə çıxarmaqla yanaşı, cəmiyyətə güclü sosial mesaj ötürür.

Festival çərçivəsində Azərbaycan kinosunun klassik səhnələri müzikl formatında yeni səhnə həyatı qazanacaq. Canlandırılan səhnəciklər vasitəsilə milli irs yeni nəfəs və yeni auditoriya ilə görüşəcək. Canlı musiqi, müxtəlif janrlı çıxışlar və dinamik fləşmoblar tədbirə xüsusi ritm qatacaq.

"Arzular nöqtəsi" musiqini və insanları bir nöqtədə birləşdirərək Bakının yadda qalan mədəni hadisələrindən birinə çevrilməyi hədəfləyir.

Mövzuya görə xəbərlər