Son dəqiqə

Azərbaycan milli komandası

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlandı

Bakı. TurkicWorld:

Qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 24-də təlim-məşq toplanışına başlayacaq.

TurkicWorld xəbər verir ki, millimiz dünya çempionatının seçmə mərhələsində martın 3-də Bakıda Şimali Makedoniya, 7-də isə Felksutda Macarıstanla qarşılaşacaq.

Milliyə dəvət olunan futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

N AD/SOYAD KLUB
1 Aytac Şərifova Yüksekova (Türkiyə)
2 Nərgiz Əliyeva Neftçi
3 Günay İsmayılova Giresun Sanayispor (Türkiyə)
4 Mehriban Şahməmmədova Klubsuz
5 Nigar Mirzaliyeva Hamburq (Almaniya)
6 Manə Mollayeva Neftçi
7 Vüsalə Seyfəddinova Neftçi
8 Jalə Məhsimova Yüksekova (Türkiyə)
9 Coşqunə Əliyeva Gaziantep Safir (Türkiyə)
10 Sevinc Cəfərzadə Yüksekova (Türkiyə)
11 Kristina Bakarandze Nike Lusso (Gürcüstan)
12 Ayşən Əhmədova Amed Spor (Türkiyə)
13 Milana Rəhimova Ljuboten (Şimali Makedoniya)
14 Ayşən Salamzadə Neftçi
15 Yeliz sAcar Beşiktaş (Türkiyə)
16 Mədinə Curuqova Neftçi
17 Peritan Bozdağ Fənərbağça (Türkiyə)
18 Alina Nəhmədova Partizan (Serbiya)
19 Aysun Muradova Haymana (Türkiyə)
20 Kamilla Məmmədova Dirçəliş
21 Xanım Əsədova Neftçi
22 Nərgiz Hacıyeva Şəfa
23 Vüsalə Hacıyeva Yüksekova (Türkiyə)
24 Aydan Həsənova Neftçi

Mövzuya görə xəbərlər