Son dəqiqə

Azərbaycan milli komandası

Azərbaycan millisinin yeni baş məşqçisi məlum olub

Bakı,TurkicWorld:

Fernando Santos Azərbaycan millisinin yeni baş məşqçisi olub.

TurkicWorld xəbər verir ki, Azərbaycan Futbol Federasiyasının (AFFA) verdiyi açıqlamada portuqaliyalı çalışdırıcı ilə razılıq əldə olunduğu bildirilib.

Razılaşmanın müddəti ilə bağlı açıqlama hələ ki verilməmişdir.

Qeyd edək ki, 69 yaşlı Portuqaliyalı baş məşqçi milli karyerasında Yunanıstan, Polşa və Portuqaliyanı çalışdırmışdır. 2016-cı ildə Portuqaliya ilə Avropa çempionu olmuşdur.

Mövzuya görə xəbərlər